AzərbaycanMədəniyyət və incəsənət

Aprel döyüşlərinə həsr edilən film bu tarixdə yayımlanacaq – Video

Azərbaycan Müdafiə Nazirliyinin dəstəyi ilə “Aprel döyüşləri”nə film həsr edilib.

Aznews.tv xəbər verir ki, “4 gün” adlanan filmin rejissoru Batur Emin Akyeldir.

“Media Master Azərbaycan” tərəfindən ekranlaşdırılan film 1-4 aprel tarixlərində İctimai Televiziyanın efirində yayımlanacaq.

Filmdə 1994-cü ildə imzalanan atəşkəs sazişindən bəri ən şiddətli döyüş hesab edilən “Aprel döyüşləri”ndə Azərbaycan ordusunun mətanətindən, vətən sevgisindən və Lələtəpənin qaytarılması üçün atılan ciddi addımlardan bəhs edilib.

Qeyd edək ki, 2016-cı ildə aprelin 1-dən 2-ə keçən gecə Azərbaycan ordusu ilə Ermənistan Silahlı qüvvələri arasında münaqişə meydana gəlmiş, münaqişə zamanı Ermənistan ağır itkilər vermiş, Azərbaycanın Lələtəpə yüksəkliyi, Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Qazaxlar kəndi, eləcə də rayonun Madaqız kəndi istiqamətində yollar düşməndən azad edilmişdir.

Related Articles

Bir cavab yazın

Back to top button