İran

Terrorda günahlandırılan iranlı diplomat haqda hökm veriləcək

“Xalq Mücahidləri” Təşkilatının 2018-ci ildə keçirilən mitinqində bomb partladılmışdı. Həmin tərhi hazırlamaqda ittiham olunan İranın Otrişdəki səfirliyinin üçüncü dəbiri Əsədullah Əsədinin və daha üç nəfərin məhkəməsi çərşənbə günü Beljikdə baş tutacaq.
Əsədi, başqa üç nəfərlə birlikdə 2018-ci ilin yayında Parisin Vilipent mitinqində teror hadisəsinin gerçəkləşdirilməsinə rəhbərlik etməkdə günahlandırılır. Baxmayaraq ki, teror planı son saatlarda baş tutmayıb. Həmin üç nəfər Alman, Otriş və Beljikin əmniyət qüvvələri tərəfindən tutuqlanıblar.
Beljikin məhkəmə qüvvəsi iki il sonra teror tərhi ilə bağlı araşdırmanı başa çatdırıb. Əsədullah Əsədinin və əlbir olduğu başqa üç nəfərin teror hadisəsi törətmək ittihamı ilə bağlı pərvəndəni məhkəməyə göndərib.
“Xalq Mücahidləri” Təşkilatı yaydığı açıqlamada, bununla bağlı dörd müttəhimin məhkəmə gedişatının keçiriləcəyi barədə məlumat yayıb. Bildirilib ki, 30 juən 2018-ci il tarixdə Parisin Villepinte mitinqində teror tərhinin gerçəkləşdirilməsinə rəhbərlik edən İran diplomatı Əsədullah Əsədinin məhkəməsi tirin 25-də Beljikdə başlayacaq.
Açıqlamada habelə qeyd olunur: “Və bu, ilk dəfədir ki Avropada bir diplomat terorla birbaşa əlaqəli olduğu üçün mühakimə olunur”.

Related Articles

Bir cavab yazın

Back to top button