Site icon Aznews TV

Araz geoparkı UNESCO-da qeydiyyata alınıb

Bu barədə Araz Azad Ticarət Bölgəsi Təşkilatının icraçı direktoru Məcid Kiani bildirib.

“Araz geoparkının dünya səviyyəsində qeydiyyata alınması bölgəyə turist axınını gücləndirəcək”, – deyə Məcid Kiani qeyd edib.

Qeyd edək ki, Araz geoparkı Şərqi Azərbaycan əyalətində yerləşir.

Şimal hüdudları Araz Azad Ticarət Bölgəsindən başlanan geopark Güney Azərbaycanın Culfa rayonunadək uzanır. Araz geoparkının hüdudları 1670 kvadrat kilometrdir, 32 çeşidli təbiət fenomenini ehtiva edir

Exit mobile version