DünyaİranSiyasət

Argentina Livanın Hizbullah təşkilatını “terrorçu qruplaşma” elan edib

Aznews.tv BBC-yə istinadən xəbər verir ki, Argentina rəsmiləri İran İslam Respublikası tərəfindən dəstəklənən Livanın Hizbullah təşkilatını terrorçu qruplaşmalar siyahısına daxil edib.

Bu qərar, iyulun 18-də paytaxt Buenos-Ayresdə 1994-cü ildə yəhudilərin Yardımı Dərnəyi və Argentina (AMİA) binasında bombalı hücumun 25-ci ildönümündə qəbul edilib. Hadisə nəticəsində 85 nəfər həlak olub və azı 150 nəfər yaralanıb.

İran və Hizbullah qruplaşması uzun müddətdir ki, hücuma görə əsas şübhəlilər sayılır;  İran həmişə bu hücumda əlinin olduğunu təkzib edib.

Argentina hökumətinin yeni qərarına əsasən, Hizbullah qruplaşması ilə əlaqəli maliyyə hesabları dondurulub. Bu qərar verildiyi bir vaxtda, ABŞ dövlət katibi Mayk Pompeo AMİA qurbanlarının xatirəsinin anım mərasimində və terrorçuluqla mübarizə forumunda iştirak etmək üçün Argentinaya səfər edib.

Argentina həmçinin Hizbullahı bu ölkədə, Brazilya və Paraqvayda qanunsuz addımlar atmaqda ittiham edir. Argentina höküməti rəsmi bəyanat yayaraq bildirib: “Hal-hazırda Hizbullah Argentina Respublikasının təhlükəsizliyinə, eləcə də maliyyə və iqtisadi sisteminin etibarlılığına qarşı təhdid olmaqda davam edir”.

ABŞ, Britaniya, İsrail və bir neçə ərəb ölkəsi keçmişdə Hizbullahı terrorçu qruplaşma elan edib, lakin Argentina belə bir qərar qəbul edən ilk Latın Amerikası ölkəsidir.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button