İdmanİran

“Arsenal” Məsud Özilin paylaşımını “şəxsi mövqe” adlandırdı

Türk əsilli ulduz futbolçu Məsud Özil sosial şəbəkə hesabında rəsmi Pekinin Çinin Sintszyan-Uyğur muxtar vilayətində uyğur türklərinə təzyiq göstərməsinə diqqət çəkib.

M.Özil “Xeyrli cümələr, Şərqi Türküstan” həştəqi ilə paylaşım edib.

Sözügedən paylaşımda Sintszyan-Uyğur muxtar vilayəti adlandırılan Şərqi Türküstanda insanlara zülm edilməsi, Quranın yandırılması, məscidlərin bağlanması, uyğur din adamlarının qətlə yetirilməsi, ümumilikdə Çinin uyğur türklərini assimilyasiya etməyə çalışması qeyd edilib. Sosial media hesabından edilən şərhdə Özil müsəlman dünyasının bu zülümlərə səssiz qaldığını söyləyib.

Məsud Özil Çin hökumətinin Sincan bölgəsində yaşayan müsəlman Türk uyğurlara münasibətini tənqid edib. Sincanda, təxminən, 10 milyon insan yaşayır və son illərdə bir milyondan çox insan nəzarət düşərgələrində saxlanıldığı iddia olunur. Özil digər müsəlmanları səssiz qalmaqda günahlandırıb.

Paylaşımda həmçinin, Hz Əlinin fikirlərinə də yer verilib.

“Arsenal” isə uyğurların müdafiəsinin Məsud Özilin şəxsi mövqeyi olduğunu, klubun mövqeyini əks etdirmədiyini bildirib. Məsud Özilin İnstaqram hesabında Çindəki uyğurlara münasibətini tənqid edən “Arsenal”, bunun sırf şəxsi bir fikirdir olduğunu vurğulayıb. “Arsenal” bu açıqlamanı Çinin sosial media platforması olan Weibo-dan yayımlayıb.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close