İqtisadiyyatİran

İranda inflyasiya səviyyəsi avqustda 42%-dən çox artıb

Aznews.tv “Azadlıq radiosu”na istinadən xəbər verir ki, bu ilin avqust ayında İranda başa çatan 12 aylıq inflyasiya səviyyəsi, keçən ilin eyni dövrü ilə müqayisədə (illik inflyasiya) 42,2 faizə çatıb. Bu indeks iyul ayı ilə müqayisədə 1,8 artıb.

İran Statistika Mərkəzinin məlumatına görə, kənd və şəhərlərdə inflyasiyanın artma səviyyəsi eyni olmayıb, belə ki, kənd inflyasiyası bu ay ərzində 46,6 faizə, şəhər inflyasiyası isə 41,4 faizə yüksəlib; beləliklə kənd yerlərində qiymətlər şəhərlərə nisbətən daha yüksək olub.

İnflyasiya səviyyəsi eyni zamanda bütün sektorlarda eyni deyil və ərzaq məhsullarının bahalaşması digər sektorlara nisbətən daha yüksək olub.

Statistika Mərkəzinin hesabatındakı təfərrüatlar göstərir ki, müxtəlif növ ətin qiyməti 80% -dən yuxarı artıb və meyvə-tərəvəzin qiyməti demək olar ki, eyni nisbətdə artım göstərir. Tütün məhsullarının qiymətlərində də 112 faiz artım var, lakin xidmətlər kimi sektorlarda daha qiymətlər az bahalaşıb.

Hesabatda həmçinin mənzil və kirayə qiymətlərinin təxminən 23,4 faiz artdığı da qeyd olunur.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button