İranSiyasət

Avropa Birliyi bir daha İranı nüvə sazişinə tam sadiq qalmağa çağırdı

Aznews.tv “Radiozamaneh” saytına istinadən xəbər verir ki, Avropa Birliyi İranın nüvə sazişi çərçivəsində öhdəliklərini azaltmaqla bağlı üçüncü addımından narahatlığını bir daha dilə gətirib.

“AFP”-nin məlumatına görə, Avropa Birliyinin sözçüsü deyib: “İranın sentrifuqaların araşdırılması və inkişaf etdirilməsi fəaliyyətinin genişləndirilməsinə dair Bəyannaməsindən çox narahatıq. Bu, İranın nüvə sazişi üzrə öhdəliyinin azaldılmasının daha bir nümunəsidir. Son vaxtlarda sentrifuqaların quraşdırılması nüvə sazişi ilə uyğun deyil və daha çox sentrifuqaların quraşdırılmasını planlaşdırmaq da son dərəcə narahedicidir, çünki, çünki İranın zənginləşdirmə qabiliyyətinin artmasına səbəb ola bilər”.

Avropa Birliyinin sözçüsü daha sonra qeyd edib ki, Avropa ölkələrinin nüvə sazişinə sadiqliyi İranın bu razılaşmaya tam riayət etməsindən asılıdır: “Biz İranı nüvə sazişi çərçivəsindəki öhdəliklərinə zidd olan bütün fəaliyyətlərini təxirə salmağa və bu nüvə sazişinin tam qorunmasına və icrasına xələl gətirəcək hər hansı digər hərəkətlərdən çəkinməyə çağırırıq. Biz Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə sarsılmaz dəstəyimizi və Agentliyin nüvə təhlükəsizliyini həyata keçirməyə qərəzsiz və texniki yanaşmasını vurğulayırıq”.

Qeyd edək ki, keçən bazar günü Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbərinin səlahiyyətlərini icra edən Kornel Fruta İranın nüvə obyektlərində qabaqcıl sentrifuqaların quraşdırılması barədə məlumatı təsdiqləyib. Məlumata görə, İranın nüvə obyektlərində quraşdırılan bütün sentrifuqalar qazlaşdırmağa hazırdır, lakin hələlik onlara qaz vurulmayıb.

 

Aznews.tv

Tags
Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button