CəmiyyətDünya

Avropa Birliyi təyyarə qəzasının hərtərəfli araşdırılma fikrini dəstəkləyib

Avropa Birliyi ölkələri Ukrayna təyyarəsinin İranda qəzaya uğraması ilə əlaqədar hərtərəfli araşdırma aparmağa çağırıb.

Avropa Birliyi Prezidenti Çarlz Mişel bununla bağlı Tvitterdə paylaşıb edib. O, Ukrayna, İngiltərə və Kanada rəsmilərinin İranın paytaxtı Tehran yaxınlığında baş verən qəzanın açıq və hərtərəfli araşdırmalar aparmaq dəvətini dəstəkləyib.

Mişel hadisədə ölənlərin ailələrinin və yaxınlarının hadisənin necə baş verdiyini bilmək hüququna sahib olduğunu vurğulayıb.

“Ukrayna prezidenti Vladimir Zeleneski, İngiltərə Baş naziri Boris Conson və Kanadanın Baş naziri Castin Trudeau’un açıq və əhatəli araşdırmalar aparmaq üçün dəvətini dəstəkləyirəm”.

Qeyd edək ki, C. Trudeau Ukrayna Hava Yollarına məxsus təyyarənin İranda qəzaya uğraması ilə bağlı mətbuat konfransında, Kanadanın Araşdırma Mərkəzinin Ukrayna təyyarəsinin İran müdafiə raketləri ilə səhvən hədəf alındığı və vurulduğuna dair sübutlar əldə etdiyini bildirib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close