İran

Məsrur Barzani PKK-nın hücumlarını qınayan bəyanat yayıb

“PKK qruplaşmasının hücumunu kəskin qınayıram. Bu Kürdüstan iqliminin qanunlarını pozmaq deməkdir”. Bunu İraqın Kürdüstan iqliminin baş vəziri vəzifəsini əvəz edən Məsrur Barzani deyib. O, PKK tərəfindən Kürdüstanın Pişmərgələri payqahına edilən hücumu qınayan bəyaniyyə yayıb. Bəyaniyyədə bildirilib: “Ötən gecə PKK silahlılarının bir qrupu qanunsuz olaraq Suriyadan İraqın Kürdüstan iqliminə keçmək istəyiblər. Bu əməl bizim qanunlarımıza ziddir. Hücumun qarşısı təhlükəsizlik gücləri tərəfindən alınıb. Daha sonra PKK yaraqlıları Pişmərgənin payqahlarından birinə hücum ediblər. Cavab atəşi ilə həmlənin qarşısı alınıb. Beynəlmiləl etilafda olan ortaqlarımızdan istəyirəm ki, hücumların qarşısı alınsın. Bu kimi həmlələr bölgənin təhlükəsizliyinə ziyan vura bilər”.

Related Articles

Bir cavab yazın

Back to top button