Site icon Aznews TV

Avropa Birliyi və Amerika Çinlə bağlı danışıqlara başlayır

Avropa İttifaqının xarici siyasətinin əsas istiqamətləri açıqlanıb

Avropa Birliyi və Amerika Çinlə bağlı ikitərəfli danışıqlara başlayıb. Tərəflər Qərb ölkələrinin Çinə münasibətləri ilə bağlı məsləhətləşmələr aparacaqlar. Bu barədə Avropa Birliyi diplomasisinin başqanı Cozep Borel Amerika Xarici İşlər Vəziri Antoni Blinkenlə Brükseldə aparılan danışıqlardan sonra məlumat verib. “Avropa Birliyi və Amerika arasında Çinlə ilgili danışıqları işə salmağı qərarlaşdırdıq. Bu, geniş sahəli çağırışları və imkanları müzakirə etmək üçün bir tribuna olacaq”, -deyə Borel bildirib. Onun sözlərinə görə, tərəflər və ardıcıl olaraq mütəxəssislər və yüksək səviyyəli rəsmi şəxslər səviyyəsində danışıqlar aparacaqlar. “Biz iqtisadi məsələləri, insan haqlarını, əmniyəti və Çinlə iqlim dəyişikliyi kimi əməkdaşlıq sahələrini müzakirə edəcəyik”,-deyə o, diqqətə çatdırıb.

Exit mobile version