DünyaİranSiyasət

Avropa İranın MAQATE müfəttişini işdən kənarlaşdırmasından “dərin narahatlıq” ifadə edib

Aznews.tv “Azadlıq radiosu”na istinadən xəbər verir ki, Aİ-nin nümayəndəsi  noyabrın 7-də Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyətinin iclasında İranın IAEA müfəttişini qovmaqla bağlı “dərin narahatlıq” ifadə edib.

AB nümayəndəsi, İttifaqın MAQATE müfəttişinin başına gələnlərdən dərin narahatlıq keçirdiyini və hazırda məsələ həllini tapsa da, Avropanın İrandan gələcəkdə belə halların yenidən baş verməsinin qarşısını alacağına təminat verməsini tələb etdiyini qeyd edib.

Qeyd edək ki, Reuters xəbər agentliyi çərşənbə günü diplomatik mənbələrə istinadən MAQATE müfəttişlərindən birinin Nətənz uran zənginləşdirmə obyektində İran təhlükəsizlik orqanları tərəfindən qısa müddətdə saxlandığını və səyahət sənədlərinin əlindən alındığını bildirib.

İranın Atom Enerjisi Təşkilatının rəsmilərinin bildirdiyinə görə, Agentliyin müfəttişinə “üzərində şübhəli materialın ola biləcəyi ilə bağlı narahatlıq” səbəbindən ötən həftə Nətənz zənginləşdirmə sahəsinə girməsinin qarşısı alınıb.

Avropa Birliyi cümə axşamı günü Agentliyin İdarə Heyətinin iclasında bəyanat yayaraq IAEA-nın müfəttişlərinin peşəkar və qərəzsiz olduqlarından əmin olduğunu bildirir və İrandan tələb edir ki, müfəttişlərə qanuni öhdəliklərinə və Agentliyin qaydalarına uyğun olaraq öz vəzifələrini yerinə yetirmələrinə icazə versin.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close