Site icon Aznews TV

Avropa İttifaqı İranın müdafiə nazirinə sanksiya tətbiq edib

Aİ-nin bəyanatında bildirilir ki, İranın müdafiə naziri Məhəmmədrza Aştiani, SEPAH-ın Qüds qüvvələrinin komandanı İsmail Qaani və Müdafiə Nazirliyinin Hava Sənayesi Təşkilatının rəhbəri Afşin Xacəfərd sanksiyaya məruz qalıb.

Avropa İttifaqı Rusiyaya hərbi yardım göstərdiyi üçün Şimali Koreyadan olan 9 fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

Məlumata görə, Aİ oxşar ittihamla İranın müdafiə naziri Məhəmmədrza Aşitanini sanksiya siyahısına salıb.

Avropa Birliyi sanksiya ilə bağlı bəyanatında vurğulayıb: “Sanksiyalar BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin pozulması və Şimali Koreyanın Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə hərbi dəstəyinə görə qəbul edilib”.

Qeyd olunub ki, İranın müdafiə naziri Məhəmmədrza Aştiani, o cümlədən İrandan olan bir sıra şəxslər də Rusiyaya dronlar vermək və Qırmızı dənizdə təhlükəsizliyi pozmaqda ittiham edilərək sanksiyalarla üzləşib.

Exit mobile version