Site icon Aznews TV

Avropa İttifaqı Rusiyaya qarşı onuncu sanksiyalar paketini hazırlayır

Bu barədə öz mənbələrinə istinadla Bloomberg məlumat yayıb.

Məlumata görə, Rusiyanın “Alfabank” “Rosbank”, “Tinkoffbank” və Rusiya Milli Sərvətlər Fondu (NWF) sanksiyalar siyahısına daxil edilə bilər.

Agentliyin qeyd etdiyinə əsasən, yeni tədbirlər paketi texnologiya, ağır avtomobillər, elektronika daxil olmaqla, Rusiya ordusunun istifadə etdiyi mallara geniş ticarət məhdudiyyətləri tətbiq edəcək.

Aİ Rusiya vətəndaşlarının Avropanın mühüm müəssisə və təşkilatlarında rəhbər vəzifə tutmasını da məhdudlaşdırmaq istəyir.

Agentlik əlavə edir ki, təklif olunan tədbirlər bu həftə Aİ-yə üzv dövlətlər tərəfindən müzakirə ediləcək

Exit mobile version