Site icon Aznews TV

Avropa ölkələrinin İrandakı səfirləri Rusiyanı beynəlxalq səviyyədə qınamağa çağırıblar

“Azad İran” Telegram kanalının xəbərinə görə, dünən dərc edilən yazıda qeyd olunub ki, Rusiyanın Ukraynaya hərtərəfli təcavüzü beynəlxalq hüququn, o cümlədən Birləşmiş Millətlər Təşkilatı xartiyasının , habelə Ukraynanın ərazi bütövlüyünün, suverenliyinin və müstəqilliyinin ciddi şəkildə pozulmasıdır.

Avropalı səfirlər Birləşmiş Millətlər Təşkilatında 141 ölkənin Rusiyanın Ukraynaya hərbi təcavüzünü qınamaq üçün səs vermədə iştirak etdiyini vurğulayaraq təkcə 5 ölkənin bunun əleyhinə səs verdiyini söyləyib.

Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası indiyədək böyük səs çoxluğu ilə Rusiyanı qınayan iki qətnamə qəbul etsə də, hər ikisində İran hökuməti səsvermədə bitərəf qalıb. Bəzi İran rəsmiləri Rusiyanın Ukraynaya hücumunu dolayısı ilə dəstəkləyərək Amerika və NATO-nu bu hücumun günahkarı adlandırıb.

Exit mobile version