Site icon Aznews TV

Avropa Parlamenti İranda həbsdə olan ikili vətəndaşın taleyindən nigarandır

bunu Avropa Parlamentinin üzvü Fransis Fitscerald bildirib. O, İrlandiya və Fransa ikili vətəndaşı olan Bernard Filanın azadlığa buraxılmasını tələb edib.

Fransa və İrlandiya vətəndaşı olan Filan 6 ay bundan öncə İranda həbs edilərək girov qismində saxlanılır.

“Bernard Filan Tehran rejiminin əsirliyindədir və həbs ediləndən bu günə kimi ədalətli mühakimə və həkim xidmətindən məhrum edilib”, – Avropa Parlamentinin nümayəndəsi bildirib.

Exit mobile version