Site icon Aznews TV

Avropa Parlamenti naməlum müddətə qədər İranla əlaqəni kəsir

Avropa Parlamentinin sədri Roberta Metsula naməlum müddətə qədər İslam Respublikası rejimi ilə əlaqə saxlamayacaqlarını söyləyib.

“İran küçələrində bizə göz dikənlərinə etinasız qalmayacağıq”,-deyə, Avropa Parlamentinin sədri bildirib.

Xanım Metsula İranla əlaqəni kəsmək barədə qərarı Tehran hökumətinin Avropa Parlamentinin bir sıra nümayəndələrinə sanksiya tətbiq etməsi ilə əlaqələndirib.

O, Tehran hakimiyyətini qanuni hüquqlarından istifadə edərək nümayişlər keçirən etirazçılara qarşı repressiyaları dayandırmağa çağırıb.

Exit mobile version