Site icon Aznews TV

Avropada qazın qiyməti 315 dollardan aşağı enib

“Aznewstv-Economics” xəbər verir ki, 17 yanvar tarixində TTF (Niderlandın “Title Transfer Facility”i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə fevral fyuçerslərinin qiyməti 312 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (333,9 dollar) ilə müqayisədə 6,6% azdır.

Qeyd edək ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Exit mobile version