Dünya

Avstraliya hərbi kateri Hörmüz boğazına yola düşdü

Avstraliyanın “Toumeba” hərbi kateri (HMIS) ABŞ-ın rəhbərlik etdiyi Dəniz Təhlükəsizliyi Koalisiyasına qoşulmaq üçün körfəz və Hörmüz boğazına yola düşüb.

Bu barədə “IBC News” kanalı məlumat yayıb. Avstraliyanın hərbir katerinin heyətində 200 dənizçi var.

“Toumaba” neft təmin edənləri qorumaq və əhəmiyətli ticarət yollarında hərəkətin təhlükəsizliyini təmini məqsədi ilə koalisiyaya qoşulacaq.

“Bu çox güclü gəmi terrorizmə qarşı mübarizə, dəniz oğrularının qarşısını almaq və navbəri azadlığını, dəniz təhlükəsizliyini, eləcə də Orta Şərqdə sabitlik və rifahı təşviq etmək məmuriyətinə yönələcək”, – Avstraliyanın Müdafiə naziri Linda Reynolds bu haqda danışarkən deyib.

Qeyd edək ki Avstraliya Baş naziri Skot Morrison keçən il ölkəsinin hərbi qüvvələrinin Hörmüz boğazında əhəmiyyətli ticarət kanalını qorumaq üçün beynəlxalq cəhdlərə  qoşulmaq üçün körfəzə bir hərbi gəmi, nəzarət təyyarəsi və müdafiə personalı ezam edəcəyini bildirmişdi.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close