
Bu addım kəşfiyyat qurumlarının İranın Avstraliya ərazisində antisemit hücumlarda birbaşa iştirakına dair təqdim etdiyi sübutlardan sonra atılıb.
Avstraliyanın “The Spectator” nəşrinin məlumatına görə, təhlükəsizlik orqanları oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra baş verən iki antisemit hücumun arxasında Tehranın dayandığını təsdiqləyib.
Rəsmi açıqlamalarda qeyd olunur ki, İran yerli cinayətkarlardan istifadə edərək izlərini gizlətməyə çalışsa da, əməliyyat və texniki sübutlar səfirliyin terror fəaliyyətləri üçün baza rolunu oynadığını göstərib.