DünyaİranSiyasət

Avstraliya mediası: üç Avstraliya vətəndaşı İranda həbsdədir

Aznews.tv Avstraliya mediası son aylarda İranda bu ölkənin vətəndaşları olan iki qadın və bir kişinin həbs olunduqlarını bildirir.

ABC News telekanalı, Sydney Morning Herald və AG qəzetləri iki avstraliyalı qadının İrana səfəri zamanı həbs olunduqları haqda məlumat yayıblar.

“Sydney Morning Herald” və “Page” qəzetləri həbs olunan qadınlardan birinin Britaniyanın Kembric Universitetinin tələbəsi, digərinin isə bloger olduğunu yazır. Britaniyada çıxan Times qəzeti, həbs olunan bloqer-turistin sevgilisi ilə Asiyaya səyahət etdiklərini bildirib.

Son illərdə uzunmüddətli səfərə çıxan bir çox turistlər səyahətləri barədə məlumatları YouTube və ya İnstagram kimi sosial şəbəkələrdə yerləşdirirlər.

Məlumatlarda iki qadının eyni zamanda Britaniya vətəndaşlığı və kişinin yalnız Avstraliya vətəndaşlığını daşıdığı yer alır. Avstraliya mediasına görə, onlar “bir neçə aydır” ki, həbsdə saxlanılırlar.

“ABC” telekanalı saxlanılan Avstraliya-Britaniya vətəndaşlarından birinin “təxminən bir ildir həbsdə saxlandığını” qeyd edir.

Ötən gün “Hərana” saytı, avstraliyalı cütlüyün “Cacurd ətrafında bir hərbi bölgədə düşərgə qurduqları üçün” tutulduğunu yazıb.

 

Aznews.tv

Tags
Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button