
Aznews.tv “Azadlıq radiosu”na istinadən xəbər verir ki, Avstraliyanın “Sydney Morning Herald” qəzetinin oktyabrın 20-də yazdığına görə, ölkənin böyük universitetləri akademik heyətinin və tələbələrinin İslam Respublikası təhlükəsizlik qüvvələri tərəfindən həbs edilə biləcəyi ilə bağlı narahatlıqlar səbəbiylə İrana səfərlərini təxirə salıb.
Qəzet veb saytında bildirib ki, bu qərar Avstraliya hökümətinin öz vətəndaşlarının İrana səfər edəcəyi təqdirdə həbs olunma təhlükəsi ilə üzləşmələri və hərəkətlərinə “İran rəsmilərinin diqqətini cəlb etmələri” barədə xəbərdarlıq etməsi ilə alınıb.
Qəzetin məlumatına əsasən, Avstraliyanın səkkiz ən qabaqcıl universiteti akademik heyəti və tələbələrinin İrana səfərini təxirə saldıqlarını təsdiqləyib. Western Australian, New South Wales, Sidney və Queensland bu universitetlər sırasındadır.
Deakin Universitetinin Yaxın Şərq siyasəti üzrə professoru Şəhram Əxbarzadə də bu haqda deyib: “Avstraliya Araşdırma Şurasının təsdiq etdiyi bəzi layihələr artıq gündəmdə deyil”.
Aznews.tv