DünyaİranSiyasət

Avstriya İrandan İran-Avstriya vətəndaşının sərbəst buraxılmasını tələb edir

Aznews.tv BBC-yə istinadən xəbər verir ki, Avstriya rəsmiləri yeddi ay əvvəl İranda həbs edilən İran-Avstriya vətəndaşının saxlanılması xəbərini təsdiqləyərək, onun dərhal sərbəst buraxılmasını tələb edib. Avstriya mediası həmin şəxsin adının Avstriya-İran Assosiasiyasının baş katibi Məsud Musahib olduğunu bildirib.

AFP xəbər verir ki, Avstriya Xarici İşlər Nazirliyi, çərşənbə günü, iyulun 31-də Avstriya mediasında 72 yaşlı İran-Avstriya vətəndaşı və Avstriya-İran Assosiasiyasının baş katibi Məsud Musahibin “yanvar ayından bəri İranda həbsdə olması” ilə bağlı xəbəri təsdiq edib.

Avstriya Xarici İşlər Nazirliyinin sözçüsü Piter Gosel Bauer AFP-yə açıqlamasında bu barədə məlumatlı olduqlarını və Avstriya hökumətinin İrandan onun sərbəst buraxılmasını tələb etdiyini bildirib.

Avstriya Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Şalenberqin verdiyi məlumata görə, Avstriyanın xarici işlər naziri ıranlı həmkarı ilə Məsud Musahiblə bağlı yazışmalar aparıb və Avstriyanın Tehrandakı Səfirliyi məsələ ilə fəal şəkildə məşğul olur.

Avstriya Xarici İşlər Nazirliyi rəsmisinin sözlərinə görə, İran öz vətəndaşlarının ikili vətəndaşlığını tanımadığı üçün, Məsud Musahib Avstriya Səfirliyinin konsulluq xidmətindən məhrumdur.

Avstriya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, sözügedən şəxsə qarşı heç bir rəsmi ittiham irəli sürülməyib və onun saxlanma səbəbi məlum deyil.

Qoşel Bauer əlavə edib ki, saxlanılan şəxsin yaşı və səhhətindəki çoxsaylı problemlərlə əlaqədar, Avstriya hökuməti diqqəti daha çox məsələnin humanitar tərəfinə yönəldir.

Qeyd edək ki, “İran-Avstriya Assosiasiyası” (Die Österreichisch-Iranische Gesellschaft) İranla Avstriya arasında xüsusilə iqtisadi və ticarət əlaqələrinin möhkəmləndirilməsi məqsədi ilə yaradılıb və ofisi Vyanada yerləşir.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close