BölgəSiyasət

Ayətullah Sistani: İraq hökuməti etirazçıların qanının tökülməsinə görə cavabdehdir

Aznews.tv “RFİ” xəbər agentliyinə istinadən xəbər verir ki, dünyanın böyük şiə dini alimlərindən biri olan Ayətullah Əli Sistani, İraq təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı hücumlarını pisləyərək, hökuməti və hüquq-mühafizə orqanlarını nümayişçilərin qanını tökməkdə günahlandırıb. İraqda son bir həftə davam edən etiraz aksiyaları nəticəsində ən az 100 nəfər həyatını itirib və 6 mindən çox insan yaralanıb.

Ayətullah Əli Sistani oktyabrın 11-i cümə namazı günü Kərbəlada yaydığı açıqlamada bəzi dövlət, ictimai və şəxsi binaların və mərkəzlərin qəzəbli nümayişçilər tərəfindən yandırılmasını pisləyərək, eyni zamanda təhlükəsizlik qüvvələrini etirazçıların “qanını tökməkdə” günahlandırıb.

O eyni zamanda, hər kəsin zorakılıq əməllərinin təhlükəli nəticələrinə görə məsuliyyət daşıdıqlarını və ölkələrinin iğtişaşların qurbanına çevrilməsinə yol verməməyə çağırıb.

Ayətullah Əli Sistaninin cümə günü yayılan açıqlamasında İraq hökumətinə İraqdakı son zorakılıqlarla bağlı araşdırmalarının nəticələrini bildirmək üçün iki həftə vaxt verilib.

Bəyanatda vurğulanıb: “Təhlükəsizlik qüvvələrinin gözü qarşısında nümayişçilərə naməlum şəxslər tərəfindən atəş açılmasına və ya mediaya onları qorxutmaq üçün hücumlara görə məsuliyyət hökümətin üzərinədir”.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button