Site icon Aznews TV

Ayətullah Ələvi Borucerdi hökuməti və məmurları tənqid edib: “İnsanların yumurta almağa imkanı yoxdur. Yoxsulluq tüğyan edir”

“İnsanların yaşayışı kritikdir: bəzilərinin, hətta yumurta almağa imkanı yoxdur. İnsanlar iqtisadi işlərin islah olunmadığını görəndə ruhanilərin zəif tərəflərini görürlər. Əvvəlcə evlilik üçün zəmin hazırlayın, sonra uşaq dünyaya gətirməyi təşviq edin.

Hörmətli məmurlar, mən iqtisadçı deyiləm, amma iqtisadiyyatla bağlı kitablar oxuyuram. İnflyasiyanın xarici sanksiyalarla heç bir əlaqəsi yoxdur. İnflyasiya pul yeridilməsi və likvidlik, pul yeridilməsi isə pul çapı ilə əlaqədardır. Niyə daha çox pul çap edirsiniz və niyə daha çox likvidlik yeridirsiniz? Bu likvidlik nə üçündür? Lazımsız xərcləri azaldın. Kağız üzərində inflyasiya 50-60%-ə çatıb, bəzi ərzaq malları üzrə isə bundan artıqdır. İnsanlar bu vəziyyətdə yaşaya bilməzlər”.

Exit mobile version