Bunu Türkiyə – Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri professor Aygün Attar “Haber Global”ın efirində deyib.
O bildirib ki, Rusiyanın Azərbaycanla bağlı yanlş siyasəti ona baha başa gəldi:
“Zəngəzur dəhlizinə nəzarət 2020-ci il 10 noyabr bəyanatı ilə əslində Rusiyaya verilə bilərdi. Amma Rusiya bu imkandan məhrum oldu”.
A.Attar söyləyib ki, artıq Cənubi Qafqaza sülh gəlib: “İtirən Rusiya, Fransa və erməni diasporu oldu. Odur ki, Vaşinqtonda atılan imzalar çox önəmlidir”.