Azərbaycanİqtisadiyyat

Azərbaycan ərəb ölkələri ilə əlaqələri genişləndirməyə çalışır

Son illərdə Ərəbistan və İmaratla əlaqələrin genişləndirilməsi Azərbaycan Respublikasının diqqət mərkəzindədir. Rəsmi iqtisadi göstəricilərə əsasən, başqa ərəb ölkələrilə müqayisədə, BƏƏ və Ərəbistanın, Azərbaycanla daha çox iqtisadi əlaqəsi var.

Şura hökumətinin dağılmasından 27 il keçdikdən sonra, Azərbaycan, milli müstəqillik və bütün ölkələrlə müstəqil siyasi və iqtisadi əlaqə qurmaq imkanı qazanıb. Ancaq, mədəni və tarixi yaxınlığa baxmayaraq, Bakının ərəb dövlətləri ilə iqtisadi əlaqəsi əhəmiyyətli dərəcədə inkişaf etməyib. Halbuki, tərəflər iqtisadi əlaqənin genişləndirilməsi üçün böyük imkanların olduğunu dəfələrlə vurğulayıblar. Ancaq bugünə qədər ərəb ölkələrinin heç biri idxal və ixracda Azərbaycanın əsas ticarət şərikləri arasında yer almayıblar.

Mütəxəssislər bunun əsas səbəblərindən biri kimi Azərbaycanın və əksər ərəb ölkələrinin əsas ixrac məhsullarının oxşar olduğunu düşünürlər. Bununla belə, son illərdə Bakı ərəb ölkələri ilə iqtisadi əlaqəni genişləndirmək üçün çoxlu addımlar atıb. Bu tədbirlər, bir sıra sahələrdə, o cümlədən ərəb ölkələrini qeyri-neft sektorlarına yönəltməkdə və bu ölkələrə qeyri-neft məhsulları ixrac etməkdə, özünü aydın şəkildə göstərir.

Azərbaycan, BƏƏ və Ərəbistanla iqtisadi əlaqələrində daha fəaldır. Çünki, Bakı hesab edir ki, Ərəbistan və BƏƏ ilə ticarət həcmini artırmaq üçün böyük potansialı var. Bu barədə Azərbaycanın “İxracın Təşviqi və Sərmayə Sandığı”nın müdiri Yusif Abdullayev məlumat verib. Bildirib ki, Bakının Riyazla ticarətinin həcmi 2019-cu ilin 11 ayında 33 faiz artaraq 10 milyon dollar olub. O, iki ölkə arasında ticarət həcminin böyük olmasa da, artırılmaq üçün geniş imkanlarının olduğunu söyləyib.

Azərbaycan Dövlət Statistika Komitəsinin Ərəbistanla ticarət göstəricilərinə əsasən, Azərbaycan heyvandarlıq məhsullarının əksəriyətini, o cümlədən qoyun əti, pendir və petro-şimi məhsullarını Ərəbistandan idxal edir. Bu ölkəyə isə qara filiz və əkinçilik məhsulları ixrac edir. Azərbaycanın rəsmi statistikasına əsasən, Ərəbistan şirkətləri bu günə qədər Azərbaycan iqtisadına ümumilikdə 370 milyon dollar sərmayə qoyub.

Azərbaycanın BƏƏ ilə də iqtisadi layihələri böyük önəm daşıyır və BƏƏ bugünədək Azərbaycan iqtisadiyyatına 2 milyard 200 milyon dollar sərmayə yatırıb. Halbuki, Azərbaycanın BƏƏ-dəki sərmayə həcminin 347 milyon dollar olduğu bildirilir.

Azərbaycanın rəsmi məlumatlarına görə, BƏƏ bu ölkədə ən çox qeyri-neft sektoruna sərmayə qoyub. Azərbaycanın qeyri-neft sektoruna qoyulan sərmayələrdə BƏƏ-nin payı 2000-2017-ci illərdə 717.6 milyon dollar və ya bu sektorlara qoyulan ümumi sərmayələrin yüzdə 6.6-nı təşkil edib. Hazırda, Azərbaycanda 260-dan çox BƏƏ şirkəti fəaliyət göstərir ki, onlardan bəziləri tikinti və daşınmaz sektorda çalışır.

Bu yaxınlarda Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəsi ilə BƏƏ arasında ticarət həcminin 2019-cu ildə 26 faiz artdığını açıqlayıb. Bildirib ki, “2018-ci ildə Azərbaycanla BƏƏ arasında ticarət həcmi 38 faiz artaraq 54 milyon dollara çatıb. 2019-cu ilin ilk on ayında isə ondan öncəki il ilə müqayisədə 26 faiz artımla 57 milyon dolara çatıb”.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin ilk 9 ayında BƏƏ-dən əsasən pambıq və elektronik məhsullardan ibarət ixracın həcmi 33,8 milyon dollar təşkil edib. Azərbaycandan bu ölkəyə əkinçilik və qida mallarından ibarət idxalın həcmi isə 14.4 milyon dollar olub.

Azərbaycanın ərəb ölkələri ilə əlaqəsi turizm sektorunda daha da artıb. Son illərdə Azərbaycana bu ölkələrdən gələn turistlərin sayının çoxalması diqqəti daha çox çəkir. 2019-cu ilin ilk 10 ayında Ərəbistandan Azərbaycana gələn turistlərin sayı 43.7 faiz artaraq təqribən 100 min nəfərə çatıb. Keçən ilin 10 ayında BƏƏ-dən də 54 minədək turist Azərbaycana səfər edib.

Təcdid olunan enerji sektorunun Ərəbistan və BƏƏ-dən olan iki şirkətə verilməsi də ərəb ölkələri ilə iqtisadi əlaqələrin genişlənməsi yolunda Azərbaycanın atdığı addımlardan biri hesab edilə bilər. Bu yaxınlarda Azərbaycan, Ərəbistan və BƏƏ-nin iki şirkəti ilə bu ölkədə təcdid olunan enerjinin genişlənməsi haqqında razılaşmalar imzalayıb. İmzalanan razılaşmalara əsasən, Ərəbistanın “ACWA Power” və BƏƏ-nin “Masdar” şirkəti, Azərbaycanda təcdid olunan sınaq enerji layihələrinə 300 milyon dollardan çox sərmayə qoyacaqlar. “ACWA Power” şirkəti Azərbaycanda 240 meqavat gücündə külək enerji stansiyası, “Masdar” şirkəti isə 220 meqavat gücündə günəş enerji stansiyasını tikəcək. Eyni zamanda imzalanan razılaşmalar çərçivəsində, Azərbaycanda ildə 1,4 milyard kilovat/saat, günəş və külək enerjisi istehsal ediləcəyi də nəzərdə tutulub.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close