Cəmiyyətİran

Azərbaycan fəal Höccət İmami Sayınqalada saxlanıldı

İranın təhlükəsizlik qüvvələri Azərbaycan Milli Hərəkətinin fəalı Höccət İmaminin evinə hücum edərək həbs ediblər.

Bu barədə Güney Azərbaycanda insan haqları fəalları məlumat yayıb.

Məlumata görə, fəalın mənzilində yoxlama aparılıb, bir sıra şəxsi əşyaları, o cümlədən notbuku, mobil telefonu və kitabları müsadirə edilib.

İmami yanvarın 8-də ailəsi ilə qısa telefon əlaqəsi salayaraq Urmu şəhər ETTELAAT İdarəsinin nəzarət məntəqəsinə aparıldığını bildirib.

Azərbaycanlı milli-mədəni fəal Höccət İmami ədəbiyyat müəllimi və bədən tərbiyəsi üzrə bakalavr dərəcəsi alıb. O, Şahindejdə müəllim olub.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close