İdmanİranMədəniyyət

“Azərbaycan Futbol Muzeyi”nın yeni binası sabah açılacaq

Avqustun 25-i “Hökumət (Dövlət) Həftəsi”nin ikinci günündə futbol sahəsinin tanınmış simaların iştirakı ilə “Futbol Muzeyi”nin açılış mərasimi keçiriləcək.

Aznews.tv “İSNA” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Təbriz şəhərinin bələdiyyə sədri İrəc Şəhir Bahir müsahibəsi zamanı məlumat verib. Xəbərə əsasən, binanın sahəsi 700 m2-dir. Bina Təbrizin Zəfəraniyyə adlanan zonasında tikilib və istifadəyə tam hazırdır.

“Bina ölkədə istifadəyə verilən birinci futbol muzeyidir. Bu sahədə birinci addım atan həmişə olduğu kimi Təbriz oldu. Keçən əsrdən “Traktor” komandasına və ümumiyyətlə, futbola aid olan şəkillər, sənədlər və eksponatlar bu muzeydə saxlanılır. Muzeyin bundan əvvəlki yeri Şəhrək İmamda yerləşən “Qadınlar bağı”nda olduğu üçün bir çoxları ondan istifadə edə bilmirdi. İndi isə hamı rahatlıqla muzeydən istifadə edə biləcək. Bu, Təbrizin turizm imkanlarına yeni imkan qatır. Digər tərəfdən gənclər və yeni nəsil keçmişdə olan futbolçularla tanış olur. Belə bir məkanların istifadəyə verilməsi olduqca vacibdir və gəncləri pis yollardan çəkindirir. Muzey 3 mərtəbədən ibarətdir”.

Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button