Türkiyənin Baş Polis İdarəsinin feysbuk səhifəsində Azərbaycana dəstək məqsədli paylaşım edilib.
Paylaşımda bir daha Azərbaycan-Türkiyə qardaşlığına dair fikirlər qeyd olunub.
“Tarix, dil, din, mədəniyyət birliyi içində olduğumuz azəri qardaşlarımızla gələcəyimiz də, taleyimiz də birdir. Türkiyə də vətəndir, Azerbaycan da vətəndir… O vətən güclü olmasa, bura güclü olmaz. Bura güclü olmasa, ora güclü qala bilməz. Daim yan-yana, daim çiyin-çiyinə”,- paylaşımda qeyd olunub.