AzərbaycanCəmiyyət

Azərbaycan koronavirusla mübarizə aparmağa çalışır, əhali isə laqeyd yanaşır

Koronavirusun bir çox ölkələrdə, xüsusilə, bölgədə yayılması Azərbaycanı bununla bağlı tibbi və önləyici tədbirlər görməyə vadar edib.

Əhalinin isə məsələyə hələ də ciddi yanaşmadığı və koronavirusun yayılmasına əhəmiyyət vermədiyi görünür.

Hal-hazırda aidiyyatı orqanların yaydığı rəsmi statistikaya əsasən belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan bölgədə koronavirusun qismən daha az yayıldığı ölkələrdəndir.

Azərbaycan Respublikası yanında yaradılan Xüsusi Əməliyyat Qərargahının statistikasına əsasən, bu günə qədər ölkədə 19 nəfər koronavirusa tutulub. Onlardan biri ölüb, altısı isə həkimlərin səyi nəticəsində müalicə olunaraq xəstəxanadan buraxılıb.

Həmçinin, indiyə qədər çoxu xarici ölkələrdən Azərbaycana qayıdan 500-dək vətəndaşın koronavirusa tutulma şübhəsi ilə karantinə alındığı bildirilib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close