
Aznews.tv Trend.az-a istinadən bildirir ki, CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 2-də 73,36 dollar/barel təşkil edib. Bu da çərşənbə gününə olan göstəricidən 1,61 dollar/barel azdır.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 72,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,63 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,17 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 1,45 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 70,36 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 1,56 dollar/barel azdır.
Aznews.tv