Azərbaycan

Təbrizdə vacib səhiyyə layihəsi yarımçıq qalıb

Təbrizin Tibb Elmləri Universitetinin rektoru 5 il bundan öncə başlayan layihənin yarımçıq qaldığını deyib.

Təbrizin Tibb Elmləri Universitetinin rektoru Bəhmən Nəqipur şəhərin 5 il bundan öncə təməlatma mərasimi keçirilən vacib layihəsinin büdcə çatışmazlığı ucbatından yarımçıq qaldığı barədə mediaya açıqlama verib.

1000 yataqlıq xəstəxananın tikintisində bu günə kimi yalnız 20% irəliləyiş olduğunu deyən Nəqipur, Təbrizin əyalət əhalisi ilə yanaşı başqa əyalətlərində xəstələrinə xidmət göstərmək məcburiyyətində olduğnu diqqətə çatdırıb və bunun üçün səhiyyə layihəsinin tamamlanması üçün büdcə ayrılmasını tələb edib.

O, bundan öncə daha ucuz başa gəlməsi planlaşdırılan layihənin gecikdirilməsi səbəbindən tikinti xərclərinin iki qat çoxalmasının işlərin davam etdirilməsini dahada çətinləşdirdiyini qeyd edib.

“Belə görünür ki, layihənin tamamlanması üçün dövlətin büdcə ayırmasının gözləsək bu iş hələ uzun illər gecikəcək. Ona görədə əyalət məsulların, millət vəkilləri layihənin tamamlanması üçün alternativ maliyyə qaynaqlarının cəlb olunmasına çalışmalı, yerli xeyriyyəçilərin ianələrinə umud etməliyik”-deyə, Bəhmən Nəqipur dövlətin layihəyə vəsait ayırmaq niyyətində lmadığına işarə edib.

Qeyd edək ki, 50 hektar torpaq sahəsi içində 140 min kvadratmetr infrastruktura malik xəstəxananın inşaı 5 il öncə başlayıb və yaxın aylarda tamamlanaraqistifadəyə verilməsi planlaşdırılmışdı.

Ancaq vəsait çatışmazlığı səbəbindən bu günə kimi xəstəxana binasının yalnız 20%-i işlənilib.

Related Articles

Bir cavab yazın

Back to top button