
Aznews.tv xəbər verir ki, Azərbaycanın Xarici İşlər Nazirliyi habelə Rusiya hökumətini bu cür qanunsuz səfərlərin təkrarlanmasının qarşısını almağa çağırıb.
Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Bakıdakı səfiri Mixail Boçarnikovu nazirliyə çağıraraq, qondarma “Dağlıq Qarabağ Respublikası”nın nümayəndə heyətinin Rusiyaya səfərinə etiraz olaraq Azərbaycan tərəfinin etiraz notasını təqdim etdiyini bildirib.
Etiraz notasında qondarma “respublika”nın nümayəndə heyətinin Rusiyaya səfəri və rusiyalı ekspertlərlə görüşlərinin provokativ addım olduğu qeyd edilməklə bildirilib ki, bu addım Rusiyanın da iştirak etdiyi danışıqlar prosesinə mənfi təsir göstərəcək.
Açıqlamada həmçinin bu kimi addımların rəsmi Bakı ilə Moskva arasında inam atmosferinə kölgə salacağı vurğulanmaqla, bunun iki ölkə arasında əldə olunan təhlükəsizlik sazişinin ruhuna zidd olduğu bildirilib.
Azərbaycan Xarici İşlər Nazirliyi habelə Rusiya hökumətini bu cür qanunsuz səfərlərin təkrarlanmasının qarşısını almağa çağırıb.
Aznews.tv