Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı qərarın icrası dəqiqləşdirilir

 Aprelin 28-də İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər etmişdi. Səfərdən sonra İranda səfirliyimizə hücum edən terrorçunun – Yasin Hüseynzadənin edam edilməsi ilə bağlı prosesin sürətlənməsi gözlənilirdi.

 

İranın məhkəmə və ədliyyə sisteminin sözçüsü Əsgər Cahangir hökmün hələ də icra edilməməsini səbəbini belə izah edib: “Qanunvericiliyə əsasən, hökmün icrası mərhumun valideynlərinin və ya onların vəkilinin məhkəməyə müraciət etməsi və ya hökmün icra olunduğu vaxt prosesdə iştirak etməsi ilə mümkün olacaq. İndiyədək mərhumun valideynləri və ya onların vəkili hökmün icrası üçün müraciət etməyiblər. Buna görə də məhkəmə sisteminin tam hazırlıqlı olmasına baxmayaraq, hökm hələ icra edilməyib”.

“Pezeşkian gedəndən sonra İrandakı səfirimizlə əlaqə saxladım”

Hücum zamanı şəhid olan Orxan Əsgərovun atası Rizvan Əsgərov Modern.az-a açıqlamasında bildirib ki, İran Prezident gedəndən sonra İrandakı səfirimizlə əlaqə saxlayıb:

“O mənə dedi ki, İran ədliyyə orqanları edamı dəqiqləşdiriblər, bizim vəkillə əlaqə saxlamışıq, onun, eləcə də səfirliyimizin nüamyəndəsinin orada iştirakı təmin olunacaq. Onların dediklərinə görə edamın icrası keçən həftə olmalıydı. Lakin hələ yenə də tam sakitlikdir. İndi gözləyirik. Edamın nə zaman icra olunması ilə bağlı qərarı İran məhkəməsi verir. Edam nə zaman olacaq bu barədə məlumat yoxdur”, – Rizvan Əsgərov əlavə edib.

Related Articles

Bir cavab yazın

Back to top button