AzərbaycanİranSiyasət

Azərbaycan və İran prezidentləri Soçidə görüşəcək

İran Prezidenti Həsən Ruhani Soçidə Azərbaycan-Rusiya-İran sammiti çərçivəsində hər iki ölkədən olan həmkarı ilə təkbətək görüş keçirəcək.

Aznews.tv ONA agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezident Administrasiyasının mətbuat xidmətinin nümayəndəsi Pərviz İsmaili bildirib.

P. İsmaili qeyd edib ki, H. Ruhani Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə görüşdə ikitərəfli münasibətlərlə əlaqədar məsələləri müzakirə edəcək. Eyni zamanda Soçi sammitində birgə bəyanat qəbul ediləcək.

Qeyd edək ki, avqustun 14-də Soçidə Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün keçirilməsi planlaşdırılır.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close