İran

Təbrizdə koronavirusa yoluxanların sayı artıb

“Təbrizdə koronavirusa yoluxma və ölüm sayı artır. Buna görə də şəhərdə qırmızı durum elan edilə bilər”. Bu fikirləri Təbriz şəhərinin Fərmandarı Koronavirusla Mübarizə Qərargahının toplantısında səsləndirib. Behruz Məhdəvinin sözlərinə görə, bayram tətilində sağlıq qaydalarına əməl edilməməsi yoluxma sayını artırıb. Nəticədə Təbrizdə koronavirusla bağlı durum sarıdan narıncıya keçib. Təbriz Fərmandarı təhlükəli virusdan ölənlərin də sayının artdığını söyləyib. “Maskdan istifadə və ictimai fasiləni riayət etmək mərizliyin kontrolunda önəmli rol oynayıb. Ancaq bir müddətdir lazımi qədər əməl olunmur, hətta maskdan istifadə də yüzdə 50-yə qədər azalıb”,-deyə Behruz Məhdəvi diqqətə çatdırıb. Açıqlamaya görə, üçüncü və dördüncü iş qruplarının fəaliyyəti iki həftəlik dayandırılıb və yerli olmayan maşınların Təbrizə girişi qadağan edilib

Related Articles

Bir cavab yazın

Back to top button