İran

Türkiyədə özlərini polis kimi təqdim edən 3 iranlı saxlanılıb

Türkiyədə özlərini polis görəvli kimi təqdim edərək 8 nəfərə qarşı saxtakarlıq edən 3 İran vətəndaşı saxlanılıb. Belə ki, İstanbulda Asayiş Şöbə dəftərinin Cibgirlik və saxtakarlıq bölümünün özəl qrupları əməliyyat-axtarış tədbirləri həyata keçirib. Axtarışlar nəticəsində şübhəli şəxslərdən biri qaçmağa çalışarkən hava limanında saxlanılıb. Başqa 2 nəfər isə yaşadıqları adresdə tutuqlanıblar. Araşdırmalar zamanı şübhəlilərin İran vətəndaşları olduqları bəlli edilib.
Bilgilərə görə, həmin şəxslər Esenyurt və Zeytinburnunda 8 xarici vətəndaşı aldadaraq, onların zinət əşyalarını və 17 550 dollar vəsaitini mənimsəyiblər.
Hər 3 şəxs barəsində məhkəmənin uyğun qərarına əsasən həbs tədbiri seçilib.

Related Articles

Bir cavab yazın

Back to top button