Azərbaycanİran

Azərbaycanlı siyasi məhbusa dərman ötürülməsinə icazə verilməyib

Təbriz şəhəri Mərkəzi Həbsxanasında saxlanılan Güney Azərbaycan Milli Hərəkatının fəalı Kərim İsmayılzadənin ailəsi onun ürək və mədə dərmanlarını çatdırmaq məqsədilə həbsxanaya müraciət edib.

Lakin həbsxana rəhbərliyi buna icazə verilməyib (AZ News).

İsmayılzadə həbsdə olarkən aclıq aksiyası keçirməsi nəticəsində mədəsində xora yaranıb və onun müalicəsi üçün bir neçə əməliyyat aparılıb. İsmayılzadə aprelin 17-də saxlanılaraq 6 aylıq həbs cəzasını çəkmək üçün Təbriz Mərkəzi Həbsxanasına aparılıb.

#MilliFeal #SiyasiMehbus

Related Articles

Bir cavab yazın

Back to top button