Bu ilin yanvar-fevral aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 5 mln 800,5 min ton neft nəql edilib. Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, nəqletmənin 76,5 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.
Bu ilin yanvar-fevral ayları ərzində BTC vasitəsilə 4 mln 437,2 min ton neft ötürülüb. Bu isə ötən ilin müvafiq ayı ilə müqayisədə 11,8 % azdır.
Hesabat dövründə BTC kəməri ilə 393,1 min ton tranzit nefti də nəql edilib ki, bu da 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 45,7 % çoxdur.
Qeyd edək ki, BTC ilə hazırda Azərbaycan neftindən əlavə Türkmənistan və Rusiyanın Xəzər dənizində hasil etdikləri neft də nəql edilir.
Azərbaycanın əsas ixrac boru kəməri ilə nəql edilən tranzit neftinin həcmi 46 %-dək artıb
