Azərbaycanİran

Zənganın su təchizatı şəbəkəsi yararsız vəziyyətdədir

Zəngan şəhərinin su təchizatı şəbəkəsi yararsız vəziyyətdədir. B barədə Zəngan əyalətinin Su və Kanalizasiya Şirkətinin baş direktoru Əlirza Cüz Qasimi açıqlama verib.

Əlirza Cüz Qasimi şəhərin su şəbəkəsi təchizatının 40 %-nin istifadəyə yararsız olduğunu deyib.

O, problemin Zəngan şəhərinin bütün mərkəzi hissəsini əhatə etdiyini söyləyib.

Baş direktorun sözlərinə görə, problemin həll olunmaması büdcə çatışmazlığı ilə bağlıdır.

Əlirza Cüz Qasimi əyalətdə yüzlərlə kəndin də oxşar problemlə üzləşdiyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button