İran

Türkiyədə iranlı müxalifi qaçırmaq istəyən casus şəbəkəsi ifşa edilib

İran yəhlükəsizlik xidməti ilə əlaqəli bir neçə nəfərin saxlanıldığı bildirilir.

Türkiyədə İran təhlükəsizik xidmətinə casusluq edən şəbəkənin iranlı müxakifi qaçıqmağa çalışdıqları zaman saxlanıldıqları barədə məlumat yayılıb.

Məlumatda Türkiyənin Zonquldal şəhərində yaşayan iranlı müxalif “Şahnəmdi”ni irana geri qaytarmaq üçün qurulan plana İran təhlükəsizlik xidmətinin əməkdaşı Əli Qəhrəman Haciabad adlı şəxs başçılıq edib.

O, Murtəza Sultan Səncəli adlı şəxs vasitəsilə başqa şəxslərin, o cümlədən türkiyəli  polis və məhkəmə sistemi əməkdaşlarının əməliyyata cəlb olunmasına naiı olub.

Yanvarın 30-da iranlı müxalif “Şahnəmdi”ni oğurlayıb və İrana geri qaytarmaq üçün başladılan əməliyyat Türkiyə İstihbarat Təşkilatı (MİT) tərəfindən keçirilən əks əməliyyat nəticəsində uğursuz olub.

İran kəşfiyyatının əməliyyat başçılıq edən üzvü, onun əlaltısı, Türkiyə polis qüvvələri və məhkəmə sisteminə bağlı olan toplam 17 nəfərlik dəstə üzvləri saxlanılıb.

Türkiyənin bir sıra media qurumlarında yayılan məlumata Türkiyə rəsmi qurum və şəxslərinin hər hansı münasibəti artırılmayıb.

Qeyd edək ki, bundan öncədə İran kəşfiyyatı Türkiyə Cumhuriyyətində yaşayan iranlı müxaliflərə qarşı dəfələrlə oxşar əməliyyatlar həyata keçirib, yerli əlaltıları və insan qaçaqçıları, narkotik ticarətçiləri vasitəsilə çox sayda müxalifə qarşı sui-qəsd planı gerçəkləşdirib.

Related Articles

Bir cavab yazın

Back to top button