Site icon Aznews TV

Azərbaycanla düşmənçiliyə başlayan Rusiya Ermənistanda hərbi qüvvələrinin sayını artırdı

Bu barədə Ukrayna mətbuatı ölkənin hərbi kəşfiyyatına istinadən məlumat yayıb.

Bildirilib ki, burada məqsəd Kremlin Cənubi Qafqaz ölkələrinə hərbi-siyasi təzyiqini artırmaqdır.

Qeyd edək ki, Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası 1995 -ci ildə yaradılıb və bu günə qədər fəaliyyət göstərir. İlkin olaraq Ermənistanla Rusiya arasında hərbi əməkdaşlıq haqqında saziş 25 il müddətinə bağlanıb.

2010-cu ildə Rusiya prezidenti Dmitri Medvedevin Ermənistana səfəri zamanı müqavilənin müddəti daha 49 il – 2044-cü ilə qədər uzadılıb.

Bundan əvvəl mətbuatda Ermənistan hakimiyyətinin bazanı bağlamağı planlaşdırdığı barədə xəbərlər yayılıb.

Exit mobile version