İran

Həmədanda evlərin kirayə haqqı artıb

Həmədanda evlərin kirayə qiymətləri rekord həddə çatıb. Amar Mərkəzinin yayınladığı açıqlamada, 1399-cu ilin qışında ölkədə ev kirayələri ortalama yüzdə 28.9 bahalaşdığı halda, Həmədanda qiymətlər yüzdə 39.4 artıb.
Ötən il əyalətdə evlərin satış məbləğlərində də ciddi artım olub. Belə ki, hazırda Həmədanın əlverişli bölgələrində yerləşən evlərin satış qiyməti hər 1 metrmürəbbə üçün ən azı 23 milyon tümən nəzərdə tutulub. Şəhrəklərdə isə qiymətlərdə azca fərq var. Burada mənzillərin 1 metrmürəbbəsi 12-18 milyon tümən aralığında dəyişir. İranın Amar Mərkəzinin məlumatlarına əsasən, keçən il evlərin satış haqqı Qərbi Azərbaycanda yüzdə 32.5, Ərdəbil ustanında isə yüzdə 29 bahalaşıb.

Related Articles

Bir cavab yazın

Back to top button