az

Azərbaycanla Livanın təhlükəsizliyi arasında əlaqə varmı?

Aznews.tv xəbər verir ki, Livanın Müdafiə naziri deyib: Əgər Ermənistan ötən illərdə İsrail hərbi sənayesinin istehsalı olan Azərbaycanın dronlarını vurmağı bacarıbsa, yaxşı olardı ki, öz təcrübələrini digər ölkələrlə də bölüşsün.

Bir neçə gün əvvəl, mətbuat konfransında çıxış edən Livanın Müdafiə naziri İlyas Busəəb sionistlərin pilotsuz təyyarəsinin Beyrut beynəlxalq hava limanına hücumu ilə bağlı məlumat verərək deyib ki, İsrailin hücum dronu adi Quadcopter deyildi və Livan hava hücumundan müdafiə sistemi tərəfindən vurulan bir hərbi dron sayılırdı.

İsrail diplomatı və politoloq Zvi Magenin sözlərinə görə, Livanın müdafiə naziri mətbuat konfransı zamanı Ermənistana müraciət edərək bildirib ki, Əgər Ermənistan ötən illərdə İsrail hərbi sənayesinin istehsalı olan eyni tipli pilotsuz uçuş aparatını vura bilibsə, yaxşı olardı ki, öz təcrübələrini digər ölkələrin istifadə etməsi üçün də bölüşsün.

İsrailli politoloq deyib: “Əgər Azərbaycanın təhlükəsizliyi və pilotsuz uçuş aparatları Livanın hava hücumundan müdafiə sistemlərinə bənzəyən Ermənistanın hava hücumundan müdafiə sistemləri tərəfindən təhdid edilirsə, azərbaycanlılara rahat yatmağı məsləhət görürəm, çünki Livanda heç bir texnologiya İsrail dronlarını hədəfə almağa qadir deyil”.

Livanın müdafiə nazirinin sözlərini şərh edən israilli diplomat və politoloq bildirib: “Livanlı nazirin sözləri doğru deyil. Livan heç vaxt İsrailin pilotsuz uçuş aparatını vura bilməyib və İsrail Livan səmasında istədiyi hərəkəti edir. Beyrut bu məsələdə başqa bir ölkəyə kömək edərsə, bu, yalnız Livan hökumətinin Ermənistanla əməkdaşlıq etmək istədiyini göstərir”.

Mövcud faktlara əsasən, Hizbullah, müttəfiqlərinin köməyi ilə Livan səmasında və ya başqa bir ölkədə sionist rejiminə aid bütün uçuş aparatlarını vurmağa qadirdir, lakin bu açıqlamalar Ermənistan- Azərbaycan hava müharibələrinin nəticəsinin Livan-İsrail məsələsi ilə də əlaqələndirildiyi bir vaxtda verilir.

Azərbaycanla İsrailin və Livanla Ermənistanın müqayisə edilməsi

Əslində, israilli analitik belə bir müqayisə apararaq, Livanı Ermənistanla və Azərbaycanı isə İsrail istehsalı olan dronlara sahib olduğuna görə sionist rejimi ilə eyni tutub.

Qeyd edək ki, sionist rejiminin Azərbaycanla əməkdaşlıq etməsi artıq heç kəsə sirr deyil. Azərbaycanla sionist rejimi arasında mətbuata sızan son müqavilənin dəyəri “İsrael Aerospace Industries LTD” şirkəti ilə 60 ədəd dronun çatdırılması daxil olmaqla 1 milyard 600 milyon dollar təşkil edib. Bu pilotsuz təyyarələrin hücum etmək və bomba daşımaq iqtidarında olmadığı, yalnız kəşfiyyat və casusluq üçün istifadə ediləcəyi deyilir.

Bu sionist şirkəti aviasiya qurğularıı, peyk, telekommunikasiya və müşahidə avadanlıqları istehsalı sahəsində fəaliyyət göstərir və dünyanın ən qabaqcıl pilotsuz uçuş aparatları istehsalçılarından sayılır.

Həmçinin Azərbaycanda 50 kilometr məsafəyədək uçuş qabiliyyəti olan Orbiter dronlarının istehsalına başlanılıb və 200 kilometr məsafəyə qədər uça bilən Aerostar dronlarının yığılması da həyata keçirilir. Bu dronlar Azərbaycan Müdafiə Nazirliyi ilə İsrailin “Azad Systems” və “Aeronautics Defense Systems” birgə şirkətlərii tərəfindən istehsal edilir.

 

Aznews.tv

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close