Site icon Aznews TV

Azərbaycanlı fəallar İran rejimin əlaltılarının Azərbaycana və Türkiyəyə qarşı təhqirlərinə etiraz ediblər

Bu məqsədlə azərbaycanlı milli fəallar Ərdəbildə hökumət muzdlularının son təxribatından sonra Təbrizdə İran hökumətinin Azərbaycan və Türkiyəyə qarşı təhqirlərinə cavab olaraq divarlara şüarlar yazıblar.

Divarlara “Təbriz, azadlığa hazırlaş!”, “Azadlıq, Ədalət, Milli hökumət” şüarları yazılıb.

Qeyd edək ki, Xameneyinin Ərdəbil əyalətindəki nümayəndəsi Həsən Ameli Çaldıran döyüşü və Kərbəla hadisəsini bir-biri ilə əlaqələndirərək türklər arasında fitnə salmağa çalışıb. Tədbirdə Azərbaycan və Türkiyə prezidentlərinə qarşı təhqirlər səsləndirilib.

Exit mobile version