İran

Urmuda taksi̇ sürücüləri̇ tərəfi̇ndən aksi̇ya keçi̇ri̇li̇b

Batı Azərbaycanın Urmu şəhərində taksi sürücüləri tərəfindən etisab keçirilib. Belə ki, sürücülər otomobillərini Müdərris körpüsünün altında saxlayaraq dolanışıqlarının çətinləşməsi ilə bağlı etirazlarını bildiriblər. Sürücülər qiymətlərin onların dolnaşıqları nəzərə alınmadan tənzimləndiyini diqqətə çatdırıblar. Etisab vasitəsilə Urmu bələdiyyəsindən müşküllərin həlli ilə bağlı tədbir görməsi istənilib. Verilən bilgiyə görə, etiraz mitinqi polis qüvvələrinin müdaxiləsi nəticəsində dağıdılıb və sürücülər bölgədən uzaqlaşdırılıb.

Bildirək ki, Urmu şəhərinin otobus sürücüləri də haqlarının pozulması və aylıqlarını gecikdirilməsinə etiraz olaraq dəfələrlə etisab ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button