Dünya

Amerika-İsrail birgə dəniz təlimləri

Tel-Əviv İrana qarşı Körfəz NATO-su qurmaq istəyir Çərşənbə axşamı günü Qırmızı dənizdə İsrailin Amerika ordusunun mərkəzi qərargahı- Centcom-un nəzarət sisteminə keçməsi çərçivəsində Amerika və İsrail Dəniz Qüvvələrinin beşinci birgə dəniz təlimi keçirilib.

Tel-Əviv İrana qarşı Körfəz NATO-su qurmaq istəyir Çərşənbə axşamı günü Qırmızı dənizdə İsrailin Amerika ordusunun mərkəzi qərargahı- Centcom-un nəzarət sisteminə keçməsi çərçivəsində Amerika və İsrail Dəniz Qüvvələrinin beşinci birgə dəniz təlimi keçirilib. Eyni zamanda, İsrail mətbuatının yazdığına görə, Baş baxan Naftali Bennet keçən cümə günü Amerika prezidenti ilə görüşdə, İsrail dövlətinin İrana qarşı hazırladığı və Körfəz “NATO-sunun qurulması”nı nəzərdə tutan planı Co Baydenə önərib. Çərşənbə axşamı günü Qırmızı dənizdə birgə təlim son zamanlar İsrail və İran arasında nizami gərginlik və bir sıra dəniz toqquşmaları ilə bağlı keçirilib. “İsrael Hayom” qəzetinə görə, Amerika və İsrail nizami dəniz qüvvələri müdafiə, nicat və başqa senariləri təmrin ediblər. İsrail ordusu bu nizami təlimin İsrail ordusunun Centcom ilə əməkdadşlıqla bağlı ortaq planının “ilk güllə atışı” olduğunu vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button