Site icon Aznews TV

AZƏRBAYCAN ENERJİ TƏRHİNDƏN İKİ MİLYARD DOLLAR GƏLİR QAZANIB

Azərbaycan Xəzərdəki enerji tərhlərindən 2,2 milyard dolar gəlir əldə edib

Bu il Azərbaycanın Xəzər dənizindəki “Azəri- Çıraq- Günəşli” neft meydanlarının, habelə Şahdəniz qaz meydanının tosiəsi tərhi çərçivəsində ümumi gəliri 2,2 milyard dolara yaxın olduğu açıqlanıb.
Azərbaycan Dövlət Neft Sandığından bazar ertəsi verilən məlumata görə, ölkə bu ilin ilk 4 ayında “Azəri- Çıraq- Günəşli” neft meydanlarının işlənməsindən 1,983 milyard dolar gəlir əldə edib və həmin məbləğ Sandığın hesabına köçürülüb.
Məlumatda, habelə Dövlət Neft Sandığının Şahdəniz qaz meydanında mey`anat satışından əldə etdiyi gəlirin 112 milyon dolar olduğu bildirilərək vurğulanıb: “Qeyd edilən dövrdə bu meydanda təbii qaz satışından əldə olunan gəlir həcmi 59 milyon dolar təşkil edib”.
Xatırladaq ki, “Azəri- Çıraq- Günəşli” neft meydanlarının işlənməsinə dair qərardad 1994-cü ildə Azərbaycanla bir sıra xarici neft şirkətləri arasında 25 il müddətinə imzalanıb və bu neft tərhi üzrə peymankar Britaniyanın BP şirkətidir.
2018-ci ildə Azərbaycan bu neft qərardadının müddətini 32 il, yəni 2050-ci ilə qədər uzadıb.

Exit mobile version