Site icon Aznews TV

Azərbaycan Cumhuriyyətinin Tehrandakı səfirliyi Azərbaycan şəhərlərinin adlarının təhrif edilməsinə etiraz edib

Azərbaycanın İrandakı səfirliyi Tehran Şəhər Şurasının Azərbaycan şəhərlərinin adlarının təhrif edilməsi ilə bağlı son addımına etiraz olaraq saxta adların dəyişdirilməsini tələb edib.

Bu haqda xəbər verən Tehran Şəhər Şurasının başqan yardımçısı Pərviz Sərvəri bildirib ki, Azərbaycan Cumhuriyyəti Tehran küçələrinə verilmiş Qafqaz şəhərlərinin adlarının dəyişdirilməsini istəyib.

Xatırladaq ki, Tehran Şəhər Şurası anti-Azərbaycan addımı ataraq Şuşa, Bakı və başqa şəhərlərin adlarını təhrif edərək paytaxtın bir sıra xiyaban və küçələrinə təhrif olunmuş adlar verib. Azərbaycana qarşı atılan bu addım Güney azərbaycanlı fəallar və sonda Azərbaycanın Tehrandakı səfirliyi tərəfindən etirazla qarşılanıb.

Exit mobile version