Site icon Aznews TV

Azərbaycan-Ermənistan delimitasiya komissiyalarının iclası sülh üçün nələr vəd edir?

Görüşlə bağlı  politoloq Tural İsmayılov bildirdi ki, burada diqqət edilməli üç məqam var:

“Birincisi, həm Brüssel bəyanatlarında, həm də Rusiya görüşlərinin yekununda delimitasiya komissiyalarının çevik işləməsi ilə bağlı qərarlar var. İkincisi, Şarl Mişel də daxil olmaqla Avropa İttifaqının bir çox siyasətçisi delimitasiya olunmadan əlaqələrin normallaşmasını mümkünsüz hesab edirlər. Üçüncüsü, Rusiya da regional kommunikasiyaların fəaliyyətə başlaması üçün delimitasiyanı vacib hesab etmişdi. Amma Ermənistan tərəfindən sistematik formada Azərbaycan ərazilərinin qəsbindən əl çəkməmək taktikası var.

Bütün bunlara baxmayaraq, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın görüşü müstəsna əhəmiyyətə malikdir”, – deyə T.İsmayılov qeyd edib.

Onun sözlərinə görə, bu günə kimi Ermənistan çox böyük “məharətlə” delimitasiya prosesinin reallaşmamasına çalışıb:
“Qərbdən aldığı göstərişlərlə prosesi sabotaj etmək üçün bütün vasitələrdən istifadə edib. Burada yalnız Ermənistanın deyil, onun havadarı olan ölkələrin də çox böyük günahı var. Çünki onlar sülh məsələsinin həll olunmamasına çalışır. Buna görə də delimitasiya prosesinin geçikməsi üçün addımlar atırdılar.

Eyni zamanda, bu komissiyaların işinin uzanmasına səbəb olurdular. Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşməsinə imkan vermirdilər.

Ciddi bir irəliləyiş üçün delimitasiya komissiyasının işlərində də irəliləyiş olmalıdır.

Aylar sonra komissiyanın görüşünün çox böyük əhəmiyyəti var. Delimitasiya komissiyasının görüşü ilə bərabər Azərbaycan və Ermənistan tərəfinin üçüncü bir ölkə olmadan təkbətək görüşü baş verdi. Bu hadisə də çox böyük əhəmiyyətə malikdir”.(Ednews)

Exit mobile version